FES sədrinin açıqlamaları qeyri-müəyyənlik yaradıb, dollar bir qədər zəifləyib

FES sədrinin açıqlamaları qeyri-müəyyənlik yaradıb, dollar bir qədər zəifləyib "Report": ABŞ-ın iqtisadi göstəricilərinin izlənilməsi davam etdirilməlidir
Maliyyə
26 Avqust , 2016 18:26
FES sədrinin açıqlamaları qeyri-müəyyənlik yaradıb, dollar bir qədər zəifləyib

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) ənənəvi illik konfransı işə başlayıb. "Report"un "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, FES sədri Cannet Yellen açıqlamalarında son aylar Bankın uçot dərəcəsinin artırılması istiqamətində meyllərin yüksəldiyini bildirib. O, FES üzvlərinin tədricən faizlərin artırılması fikrində həmfikir olduqlarını açıqlayıb. 

C.Yellen həmçinin investisiyaların kiçik tempdə artdığını, xarici tələbin zəif olduğunu vurğulayıb. O, ABŞ iqtisadiyyatının tam məşğulluq və hədəflənən sabitlik göstəricilərinə yaxınlaşdığını, ev təsərrüfatlarının xərclərinin artması ilə iqtisadiyyatın inkişaf etdiyini deyib. Sözlərinə davam edərən FES başçısı qeyd edib ki, iqtisadiyyatın perspektivləri qarışıqdır, buna görə də pul-kredit siyasətini öncədən proqnozlaşdırmaq mümkün deyil. İqtisadi artım tempi əmək bazarında vəziyyətin yaxşılaşdırılması üçün kifayət edir. Yellen FES-in böhrandan sonra iqtisadiyyatı canlandırmaq üçün tərtib etdiyi bir sıra monetar siyasət alətlərini kənara qoyacaqlarını bildirib, xarici tələbdə zəifliyin və dolların möhkəmlənməsinin ixracata mənfi təsir etdiyini qeyd edib. FES yaxın illərdə inflyasiyanın hədəfə - 2%-ə çatacağını proqnozlaşdırır. C.Yellen uzunmüddətli perspektivdə uçot dərəcəsinin 3%-ə yaxınlaşacağını vurğulayıb. Qısamüddətli perspektivdə isə iqtisadi artımda yavaşlama görülərsə, faizlər endirilə də bilər.

"Report"un analitik qrupu FES rəhbəri C.Yellenin açıqlamalarını neytral olduğunu və sentyabrdakı iclasa qədər ABŞ-ın iqtisadi göstəricilərinə baxılmasının zəruriliyini bildirir. Bu dəqiqəyə qədər olan açıqlamalar faizlərin artırılmasının dəqiq olmadığını göstərdiyindən, dollar digər valyutalarla müqayisədə bir qədər ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi