Fazil Məmmədov Niderland Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb

Fazil Məmmədov Niderland Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib
Maliyyə
17 Fevral , 2016 19:38
Fazil Məmmədov Niderland Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Azərbaycanda səfərdə olan Niderland Krallığının Sahibkarlar Konfederasiyası sədrinin birinci müavini Oberman Douv Pieter və “Scherjon” şirkətinin prezidenti Scherjon Hielko ilə görüşüb.

Bu barədə "Report"a nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib.

F.Məmmədov son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğunu, bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasətin dayandığını bildirib. Vergilər naziri Azərbaycan və Niderland Krallığı arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığıngenişləndiyini, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirərək, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib, Azərbaycanın vergi sistemində aparılan islahatlar, investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlər haqqında qonaqlara ətraflı məlumat verib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” mövcuddur və uğurla tətbiq edilir. “Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş” layihəsi isə hər iki tərəfdə bütün daxili razılaşdırmaprosedurlarını keçib və imzalanmaq üçün hazırdır.

Ölkədə əlverişli investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı təkmil hüquqi baza yaradıldığını nəzərə çatdıran vergilər naziri 2016-cı ildə investisiyaların təşviqi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən daha bir neçə fərmanın imzalandığını, Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edildiyini, qanunvericilik sənədlərində edilmiş bu dəyişikliklərləölkəmizə sərmayə yatırmaq istəyən investorlar üçün vergi və gömrük sahəsində əhəmiyyətli güzəştlər müəyyən olunduğunu və bunların xarici investisiyaların stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Oberman Douv Pieter ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Son illər yüksək iqtisadi artıma nail olan Azərbaycanla Niderland Krallığı arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq təcrübə mübadiləsinin daha da dərinləşdirilməsinin, mübadilə proqramlarının davam etdirilməsinin zəruriliyini və yeni əməkdaşlıq perspektivlərinin olduğunubildirib.

Oberman Douv Pieter qeyd edib ki, Azərbaycanda istehsalın təşkili və məhsulların ixracı sahəsində yaradılmış şəraitdən məlumatlıdır və ölkədə olan sabitlik avropalı investorlar üçün cəlbedicidir.

Avropada istehsal sahələrinin yaradılması üçün münbit şərait olsa da, məhsul ixracı zamanı müəyyən suallarla qarşılaşdıqlarını bildirən qonaq Niderland şirkətlərinin Azərbaycanda istehsal sahəsinə sərmayə yatırmaqdavə burada istehsal olunacaq məhsulların qonşu ölkələrə də ixrac edilməsində maraqlı olduqlarınıvurğulayıb. O qeyd edib ki, Sahibkarlar Konfederasiyasının üzvləri arasındaAzərbaycana sərmayə qoymaq istəyən Niderland şirkətləri çoxdur və hazırda bir çox sahələrdə əməkdaşlıq imkanları araşdırılır.

Görüşdə “Scherjon” şirkətinin prezidenti Scherjon Hielko Azərbaycanda əlverişli investisiya mühitin mövcud olması, investorların hüquq və mənafelərinin qorunması, xarici sahibkarlara əlverişli iş şəraitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirərək, rəhbərlik etdiyi şirkətin ölkəmizə investisiya qoymağa maraq göstərdiyini, İmişli rayonunda süd məhsulları istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihə hazırlandığını diqqətə çatdırıb.

“Scherjon Dairy Equipment Holland BV” şirkətinin təqdim etdiyi avadanlıqlarda “Gouda” və “Edam” növlü Holland pendirlərinin istehsalınınəzərdə tutan bu layihənin gələcəkdə digər layihələrin də reallaşdırılmasına zəmin yaradacağı bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi