Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın "Expressbank" ASC 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə yeni kredit aksiyası keçirir.
"Report"un banka istinadən verdiyi xəbərə görə, martın 8-dək davam edəcək aksiyanın şərtlərinə əsasən, nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kreditin rəsmiləşdirilməsi, sığorta və nağdlaşdırma) azad olunacaq. Kreditin maksimal məbləği 10 min manat, maksimal müddəti 36 ay ola bilər. Xanım müştərilərə isə əlavə olaraq "SmileCard" taksit kartı hədiyyə ediləcək.
Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər (mikro və kiçik biznes üçün kreditlər, ipoteka və avtomobil kreditləri, təhsil, səhiyyə və dövlət işçilərinə kreditlər, təmir və s. istehlak kreditləri) təklif edir.
Bankın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə bölgələrdə yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 5 minədək POS-terminalı və 180-dək "ExpressPay" ödəniş terminalı var.