​"Expressbank" yeni filialını açıb

​"Expressbank" yeni filialını açıb Yeni filail paytaxtda açılıb
Maliyyə
23 Fevral , 2016 19:36
​Expressbank yeni filialını açıb

Bakı. 23 fevral. REPORT.AZ/ "Expressbank" ASC-nin "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında yeni, "Elmlər" filialı fəaliyyətə başlayıb. "Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni filial Bakı Dövlət Universiteti ilə üzbəüz, F.Ağayev küçəsi, 5 ünvanında yerləşir.

"Expressbank" filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində yeni filialını müştərilərin istifadəsinə verib. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də gediş-gəlişin asan olması məqsədilə metro stansiyasının yaxınlığında açılıb. Bankın "Elmlər" filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir”, - deyə "Expressbank"ın Biznesin inkişafı Departamentinin müdiri Mehriban Ocaqquliyeva bildirib.

"Expressbank"ın Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7 500-dək POS-terminal və 400-dək "ExpressPay" ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi