​"Expressbank" yeni əmanət kampaniyasına başlayıb

​"Expressbank" yeni əmanət kampaniyasına başlayıb Hesab sahiblərinə, həmçinin plastik kart hədiyyə olunur
Maliyyə
23 İyul , 2015 11:52
​Expressbank yeni əmanət kampaniyasına başlayıb

Bakı. 23 iyul. REPORT.AZ/ "Expressbank" ASC təqdim etdiyi “Mücrü” əmanəti üzrə illik maksimal faiz dərəcəsini 13,5%-ə çatdırıb. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əmanətlər 1,2,3 illik müddətə yerləşdirilə bilər. Hesabı açmaq üçün minimal məbləğ 50 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 10 AZN/USD/EUR olmalıdır.

Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə, həmçinin plastik kart hədiyyə olunur.

Müştərilər “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də ExpressPay ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər.

Bundan başqa “Mücrü” əmanətçiləri əmanətin 80%-dək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmanətin müqavilə üzrə faiz dərəcəsinə 4% əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən olunur.

Xatırladaq ki, "Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək "ExpressPay" ödəniş terminalı vardır.

Son xəbərlər

Orphus sistemi