​"Expressbank" xüsusi aksiya keçirir

​"Expressbank" xüsusi aksiya keçirir Aksiya martın 1-dən 7-dək davam edəcək
Maliyyə
29 Fevral , 2016 11:27
​Expressbank xüsusi aksiya keçirir

Bakı. 29 fevral. REPORT.AZ/ "Expressbank" ASC 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün xüsusi aksiya keçirir. Aksiya çərçivəsində martın 1-dən 7-dək "Expressbank"ın kartları xanım müştərilərə pulsuz veriləcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, aksiyanın şərtlərinə görə, hər xanım müştəri yalnız 1 ədəd "Visa Electron/Maestro", "Visa Classic/MasterCard Standard" və ya "Visa Gold/MasterCard Gold" kartlarını pulsuz əldə edə bilər. Kartlar 1 il müddətinə verilir. "Expressbank" kartlarına vəsaiti "ExpressPay" terminalları vasitəsilə komissiyasız mədaxil etmək mümkündür. Hesabda olan məbləği "Expressbank" bankomatlarında nağdlaşdıran zaman komissiya tutulmur.

Qeyd edək ki, "Expressbank"ın Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomatı, 7 500-dək POS-terminalı və 400-dək "ExpressPay" ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi