Bakı. 17 aprel. REPORT.AZ/ "Expressbank" ASC-də müştərilərə verilən kreditlərin həcmi son bir ildə 18,9 mln. manat və ya 10,1 % artaraq 2015-ci il aprelin 1-nə 206,8 mln. manat təşkil edib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bankda müştəri depozitlərinin həcmi cari il aprelin 1-nə 129,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 53,8 mln. manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 23,2% artıb.
Bankın aprelin 1-nə məcmu kapitalı isə 139,3 mln. manat, aktivləri 290,9 mln. manat təşkil edib.
"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə bölgələrdə yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 6 500-dək POS-terminalı və 200-dək "ExpressPay" ödəniş terminalı var.