"Expressbank" kreditlərin müddətini və məbləğini azaldıb

"Expressbank" kreditlərin müddətini və məbləğini azaldıb Bank təqdim etdiyi kreditin məbləğini təxminən iki dəfə aşağı salıb
Maliyyə
8 İyun , 2015 11:42
Expressbank kreditlərin müddətini və məbləğini azaldıb

Bakı. 8 iyun. REPORT.AZ/ “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsini həyata keçirən "Expressbank" ASC bu kredit məhsulu üzrə kreditin həcmi və maksimal müddətini azaldıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hazırda kreditin məbləği 500-dən 8 000 manatadək, maksimal müddəti isə 30 aydır. Əvvəl isə maksimal məbləği 15 min manat olan kredit 36 ay müddətinə verilib.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil, səhiyyə və neft işçilərinə kreditlər, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə bölgələrdə yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 6 500-dək POS-terminalı və 200-dək "ExpressPay" ödəniş terminalı var. 

Son xəbərlər

Orphus sistemi