"Expressbank" "Smile Card"dan nağdlaşdırmaya məhdudiyyət qoyub

"Expressbank" "Smile Card"dan nağdlaşdırmaya məhdudiyyət qoyub Bu barədə bankdan bildirilib
Maliyyə
2 Avqust , 2016 15:38
Expressbank Smile Carddan nağdlaşdırmaya məhdudiyyət qoyub

Bakı. 2 avqust. REPORT.AZ/ "Expressbank" ASC-yə məxsus "Smile Card" kredit xətti ilə nağdlaşdırmaya məhdudiyyət qoyulub. 

Bu barədə "Report"a bankdan bildirilib.

Məlumata görə, "Smile Card" sahibləri bundan sonra kartın kredit limitinin 500 manata qədər və 500 manatdan çox olmasından asılı olaraq 150-250 manatdan çox vəsait nağdlaşdıra bilməyəcəklər.

Əvəzində kart sahibləri onunla nağdsız (POS-terminalla) aparılan əməliyyatlara görə bonus qazanacaqlar. Belə ki, "Expressbank"la tərəfdaş olan ticarət və ictimai iaşə obyektərində ödənişin məbləğinin 1-20%-i, tərəfdaş olmayan obyektlərdə isə ödənişin 0,3%-i qədər müştərinin kredit borcundan silinəcək.

"Smile Card"dan istifadə zamanı (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğin üzərinə avtomatrik olaraq 6-12% əlavə olunur və borc 6-12 aya bölünür.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi