"Expressbank" istehlak kreditləşməsini bərpa edib

"Expressbank" istehlak kreditləşməsini bərpa edib Kreditlər fiziki şəxslərə illik 28-30%-lə ayrılır
Maliyyə
4 Avqust , 2016 10:04
Expressbank istehlak kreditləşməsini bərpa edib

Bakı. 4 avqust. REPORT.AZ/ "Expressbank" ASC müştərilərə istehlak kreditlərinin verilməsini bərpa edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, kreditlər fiziki şəxslərə illik 28-30%-lə ayrılır. Konkret hədd əmək haqqı kartının "Expressbank"a aid olub-olmamasından asılıdır. Başqa sözlə, Bankın əmək haqqı layihəsinin iştirakçıları daha ucuz kredit alırlar.

"Expressbank"da istehlak kreditlərinin minimum məbləği 300 manat, maksimum məbləği isə 5 000 manatdır. Kreditləri 3 ilə qədər müddətə götürmək mümkündür. Komisyon haqq kreditin məbləğinin 2%-i qədərdir. 

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi