"Expressbank" kreditləşməni 22% artırıb

"Expressbank" kreditləşməni 22% artırıb Bununla yanaşı, ilin əvvəlindən Bankın aktivləri 19% azalıb
Maliyyə
9 İyul , 2015 13:21
Expressbank kreditləşməni 22% artırıb

Bakı. 9 iyul. REPORT.AZ/ "Expressbank" ASC-nin aktivləri 2015-ci il iyulun 1-nə 275,5 mln. manat təşkil edib və bu ilin əvvəli ilə müqayisədə 19% azdır. Müştərilərə verilən kreditlərin həcmi isə illik müqayisədə 22,3% artaraq 229,5 mln. manat olub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, müştəri depozitlərinin həcmi iyulun 1-nə 100,9 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi 53,4 mln. manat təşkil edib ki, illik müqayisədə bu göstərici 11,4% artıb.

Bununla yanaşı bildirilir ki, Bankın məcmu kapitalı 140,5 mln. manat təşkil edib.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir (12-si Bakı və Sumqayıtda, 6-sı bölgələrdə yerləşir). Bankın ölkə üzrə 90-dək bankomatı, 7 000-dək POS-terminalı və 250-dək "ExpressPay" ödəniş terminalı var.

Son xəbərlər

Orphus sistemi