"Expressbank"ın aktivləri bu il 12% artıb

"Expressbank"ın aktivləri bu il 12% artıb Milli valyutada əmanətlər kəskin azalıb, xarici valyutada isə artıb
Maliyyə
23 Aprel , 2015 14:38
Expressbankın aktivləri bu il 12% artıb

Bakı. 23 aprel. REPORT.AZ/ "Expressbank" ASC-nin aktivləri illik müqayisədə 11,68% artaraq 2015-ci il aprelin 1-nə 293,9 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, nağd vəsaitlərin həcmində 60% artım müşahidə olunub - 17,1 mln. manata yüksəlib. Nağd vəsaitlərin 80,73%-i milli valyuta, 19,27%-i xarici valyutanın payına düşür.

Hesabata əsasən, Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 10,04% artaraq cari il aprelin 1-nə 206,8 mln. manata çatıb. Kredit portfelinin 18,08%-ni və ya 37,4 mln. manatını xarici valyutada, 81,92%-ni və ya 169,5 mln. manatını milli valyuta verilən kreditlər əhatə edib. Hesabat dövründə xarici valyutada kredit verilişi artıb, milli valyutada isə azalıb. Belə ki, ötən il aprelin 1-nə əsasən kredit portfelinin 174,9 mln. manat və ya 93,07%-ni milli valyuatada verilən kreditlər əhatə edib.

Kreditlərin 92,0 mln. manatı 12 ayadək, 114,8 mln. manatı 12 aydan yuxarı kreditlərin payına düşüb.

Hesabata əsasən, bu müddətdə istehlak kreditləşməsində artım qeydə alınıb. İstehlak kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,85% artaraq 81,1 mln. manat təşkil edib.

İpoteka kreditləşməsində artım, avtokreditlərdə isə azalma müşahidə olunub. Belə ki, hesabat dövründə avtokreditlər 57,18% azalaraq 3,3 mln. manat, ipoteka kreditləri isə əksinə 42,05% artaraq 5,7 mln. manat təşkil edib. Bildirək ki, ipoteka kreditləri ancaq İpoteka Fondunun xətti ilə verilir.

Hesabata əsasən, 2014-cü ilin eyni dövrü ilə müqayisədə "Expressbank"da vaxtı keçmiş kreditlərin həcmi 2 dəfədən çox artaraq 3,1 mln. manatdan 7,3 mln. manata yüksəlib.

Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 15,39% artaraq cari il aprelin 1-nə 129,5 mln. manata çatıb. Bunun da 37,7%-i və ya 48,8 mln. manatı xarici valyuta, 62,3%-i və ya 80,7 mln. manatı milli valyutadadır.

Hesabat dövründə Bankda əhalinin əmanətlərinin həcmində də artım qeydə alınıb. Əmanətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,16% artaraq 2015-ci il aprelin 1-nə 53,8 mln. manat təşkil edib. Əmanətlərin 34,77%-i və ya 18,7 mln. manatı milli valyuta, 65,23%-i və ya 35,1 mln. manatı xarici valyutada yerləşdirilib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici əksinə olub - 71,2% (31,1 mln. manat) və 28,8% (12,6 mln. manat).

Bu ilin aprelin 1-nə Bankın məcmu kapitalı 142,3 mln. manat, nizamnamə kapitalı 122,4 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi