"Expressbank" yeni əmanət məhsulunu istifadəyə verib

"Expressbank" yeni əmanət məhsulunu istifadəyə verib Bank əmanət əsasında kredit götürmək imkanı da yaradır
Maliyyə
23 May , 2016 12:37
Expressbank yeni əmanət məhsulunu istifadəyə verib

Bakı. 23 may. REPORT.AZ/ "Expressbank" ASC yeni, “Əlavə fürsət” adlı əmanət məhsulunu istifadəyə verib. Yeni məhsul əmanət üzrə faizləri öncədən götürmək istəyən müştərilər üçün nəzərdə tutulub.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni əmanət növü üzrə 1 illik 12% qazanc şərtləri ilə əmanət açan müştərilər illik gəlirlərini aybaay və ya müddətin sonunda deyil, əmanətin açıldığı gün götürə bilirlər.

Bundan başqa, "Əlavə fürsət” əmanəti üzrə müştərilərə pulsuz plastik kart təqdim olunur, əmanət əsasında kredit götürmək imkanı yaradılır. Depozit Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Qeyd edək ki, "Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Bərdə, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək ATM-i, 7 000-dək POS-terminalı və 400-dən artıq "ExpressPay" ödəniş terminalı xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi