Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən yeni kartı artıq “Expressbank” filiallarında dərhal əldə edə bilərlər. “Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən yeni kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3 min manat təşkil edir.
Məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, illik faiz dərəcəsi isə 0%-dir.
Ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti isə pulsuzdur.
Qeyd edək ki, “Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və "ExpressPay" ödəniş terminalı var.