"Expressbank" 4,4 mln. manat xalis zərər edib

"Expressbank" 4,4 mln. manat xalis zərər edib Bankın depzoit porfeli illik müqayisədə 24% azalıb
Maliyyə
26 İyul , 2016 14:37
Expressbank 4,4 mln. manat xalis zərər edib

Bakı. 26 iyul. REPORT.AZ/ "Expressbank" ASC-nin məcmu aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% artaraq 2016-cı il iyulun 1-nə 280,749 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfelində 3,6% azalma qeydə alınıb və cari il iyulun 1-nə 221,174 mln. manat olub. Kreditlərin 59,868 mln. manatı xarici valyutada verilib.

Depozit portfelində də azalma müşahidə olunub. Depzoit portfeli hesabat dövründə 23,7% azalaraq cari il iyulun 1-nə 76,981 mln. manat olub. Depozitlərin 60,359 mln. manatı xarici valyuatda yerləşdirilib.

Hesabata əsasən, Bank cari ilin birinci yarısında 4,359 mln. manat xalis zərər edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrünü isə Bank 2,862 mln. manat mənfəətlə başa vurub.

Cari ilin birinci yarısında "Expressbank"ın gəlirləri 4,5% azalaraq 25,306 mln. manat, xərcləri 28,8% azalaraq 16,831 mln. manat təşkil edib. Beləliklə, Bankın əməliyyat mənfəəti 8,475 mln. manat olub və bundan aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatlarn yaradılmnasına 12,596 mln. manat ayrılıb ki, nəticədə Bankın vergi və bankla fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək zərəri 4,121 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi