Əsas fond indeksləri yüksəlib

Əsas fond indeksləri yüksəlib COMEX-də qızılın qiyməti 1 208 dollar/unsiyaya çatıb
Maliyyə
25 Fevral , 2015 09:24
Əsas fond indeksləri yüksəlib

Bakı. 25 fevral. REPORT.AZ/ Fevralın 24-də Amerika fond bazarında Dow Jones indeksində 0,51% artım müşahidə edilib və 18 209,19 bənd təşkil edib. S&P 500 0,28% artaraq 2 115,48 bənd, Nasdaq isə 0,14% artaraq 4 968,12 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,54% artaraq 6 949,63 bənd, Almaniya DAX-ı 0,67% bahalaşaraq 11 205,74 bənd, Fransa CAC-40-ı isə 0,50% artaraq 4 886,44 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,88% bahalaşaraq 1 207,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1328 (+0,3%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi