​Yanvarda Azərbaycanda inflyasiya 0,2% olub

​Yanvarda Azərbaycanda inflyasiya 0,2% olub Ötən ay ərzaq məhsulları 4% bahalaşıb
Maliyyə
5 Fevral , 2015 18:04
​Yanvarda Azərbaycanda inflyasiya 0,2% olub

Bakı. 5 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda 2014-cü ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,4% bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməyib, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2% bahalaşıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilir.

Məlumata görə, ay ərzində mal, qoyun və toyuq əti, yumurta, qarğıdalı yağı, balıq məhsulları, limon, portağal, banan, göyərti, çuğundur, kökün qiymətlərində ucuzlaşma, düyü, buğda unu, qarabaşaq yarması, kolbasa məmulatları, zeytun yağı, süfrə marqarini, alma, armud, heyva, nar, xurma, üzüm, qoz, fındığ, şabalıd, kələm, xiyar, pomidor, kartof, soğan, sarımsağ, çay, şəkər, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi