​Ermənistanın təcavüzü nəticəsində Azərbaycana 300 mlrd. dollar ziyan dəyib

​Ermənistanın təcavüzü nəticəsində Azərbaycana 300 mlrd. dollar ziyan dəyib Hazırda işğal edilmiş ərazilərdə 350 tank, 398 ACV, 425 artilleriya 45 min şəxsi heyət saxlanılır
Maliyyə
23 İyun , 2015 13:57
​Ermənistanın təcavüzü nəticəsində Azərbaycana 300 mlrd. dollar ziyan dəyib

Bakı. 23 iyun. REPORT.AZ/ Ermənistan Respublikasının hərbi təcavüzü, Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycana 300 mlrd. ABŞ dollarından artıq dəyərdə ziyan dəyib. "Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hazırladığı foto-xronikada qeyd edilir.

Məlumata görə, münaqişə nəticəsində 1988-1993-cü illərdə 900-dən artıq yaşayış məntəqəsi, 150 mindən çox ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd və 9 məscid dağıdılıb. Bütün bunlarla yanaşı dağıdılan maddi və mədəni sərvətlər sırasında 473 tarixi abidə, saray və muzeyin, 40 min muzey eksponatının, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsinin, 160 körpünün adı var.

Münaqişə nəticəsində Azərbaycanın infrastruktur sisteminə də ziyan dəyib. Belə ki, qeyd edilən dövrdə 1 200 km irriqasiya sistemi, 1 mln. hektar kənd təsərrüfatı üçün yararlı torpaq, 280 min hektar meşə, 15 min km elektrik xətti, 2 000 km qaz kommunikasiyası, 2 300 km su kommunikasiyası, 2 670 km avtomobil yolu ziyan görüb.

Komitənin məlumatına görə, hazırda işğal edilmiş ərazilərdə 350 tank, 398 ACV, 425 artilleriya, 45 min şəxsi heyət saxlanılır.

Son xəbərlər

Orphus sistemi