Əmanətlərin Sığortalanması Fonduna borc 10 il müddətinə veriləcək

Əmanətlərin Sığortalanması Fonduna borc 10 il müddətinə veriləcək Borc dövlətdən illik 0,15%-lə alınacaq
Maliyyə
4 Oktyabr , 2016 11:33
Əmanətlərin Sığortalanması Fonduna borc 10 il müddətinə veriləcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Bank Standard” QSC-nin əmanətçilərinə kompensasiya ödənişinə oktyabrın 11-də başlanacaq.

“Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu məqsədlə dövlətdən 10 il müddətinə, illik 0,15%-lə 460 mln. manat borc alınacaq.

A.Cavadov onu da əlavə edib ki, hazırda rəhbərlik etdiyi qurumun sərəncamında 33 mln. manat vəsait var: "Lakin Fondun hazırda kompensasiya ödənilən 9 bankın əmanətçilərinə də borcu elə 33 mln. manat təşkil edir".

Son xəbərlər

Orphus sistemi