​Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Banka borcunu vaxtından əvvəl qaytaracaq

​Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Banka borcunu vaxtından əvvəl qaytaracaq Artıq bu gün Fond Mərkəzi Bankdan daha 100 mln. manat borc ala bilər
Maliyyə
29 İyul , 2016 12:28
​Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Banka borcunu vaxtından əvvəl qaytaracaq

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycanda lisenziyası ləğv olunmuş 4 bankın – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) Mərkəzi Bank tərəfindən 100 mln. manatın ayrılması məsələsi bu gün həll olunacaq. “Report” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında ƏSF-nin icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı Mərkəzi Banka və Maliyyə Nazirliyinə müraciət olunub: “100 mln. manat borclanma ilə bağlı məsələsi qəbul olunub. Bu gün kredit xəttinin açılması nəzərdə tutulub. Bu vəsaiti iki il müddətinə cəlb etməyi nəzərdə tutmuşuq. Lakin banklar özləri də verdikləri kreditləri yığır. Hazırda 4 bankın hesabında 20 mln. manat var, bu vəsaitlər müxbir hesablardadır. Onların nağdlaşdırılması üçün bir qədər vaxt lazımdır. Biz tez ödəniş etmək üçün borclanmaya getdik. Fondun özünə də ayda 15 mln. manat sığorta haqqı toplanılır. Yəgin ki, bu imkanlar hesabına bir qədər sonra Mərkəzi Bankdan cəlb etdiyimiz vəsaiti geri qaytarmağa başlayacağıq”. 

Son xəbərlər

Orphus sistemi