Əmanətlərin Sığortalanması Fondu banklardan 17 mln. manat cəlb edəcək

Əmanətlərin Sığortalanması Fondu banklardan 17 mln. manat cəlb edəcək Azad Cavadov: "Rübün sonuna qədər 7 mln. manat üzvlük haqqı yığılacaq"
Maliyyə
12 Fevral , 2016 16:53
Əmanətlərin Sığortalanması Fondu banklardan 17 mln. manat cəlb edəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ƏSF) mart ayının sonuna kimi ölkədə fəaliyyət göstərən kommersiya banklarından 17 mln. manat əlavə vəsait cəlb edəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ƏSF-nin icraçı direktoru Azad Cavadov deyib.

A.Cavadov bildirib ki, banklardan əlavə vəsait yığıla bilər: "Əgər ehtiyacımız olsa, Mərkəzi Bankdan kredit götürəcəyik və banklardan aldığımız pulla onu qaytaracağıq. Rübün sonuna qədər 7 mln. manat üzvlük haqqı yığılacaq və 10 mln. manat isə əlavə vəsait yığa bilərik".

Son xəbərlər

Orphus sistemi