Əmanətlər üzrə gəlirlərin vergiyə cəlb edilməsi proseduruna aydınlıq gətirilib

Əmanətlər üzrə gəlirlərin vergiyə cəlb edilməsi proseduruna aydınlıq gətirilib Əmanətlər üzrə gəlirlərin vergiyə cəlb edilməsində razılığa gəlindi
Maliyyə
10 Yanvar , 2015 11:09
Əmanətlər üzrə gəlirlərin vergiyə cəlb edilməsi proseduruna aydınlıq gətirilib

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılmış məsləhətləşmələrin nəticəsi olaraq bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək.

“Report”un verdiyi xəbərə görə, bu barədə yanvarın 9-da Vergilər Nazirliyinin və ölkədə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən iclasda vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.

Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə gəlir vergisi üzrə güzəştlərin başa çatması və Milli Məclis tərəfindən qəbul edilmiş “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunla əlaqədar olaraq, bu gəlirlərin vergiyə cəlb edilməsindəki dəyişikliklər barədə toplantı iştirakçılarına məlumat verən Natiq Əmirov bunun balanslaşdırılmış bir qərar olduğunu bildirərək, bununla da bank ictimaiyyətinin üzləşdiyi mühüm bir narahatlığın aradan qaldırıldığını qeyd edib.

Toplantıda iştirak edən Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bank ictimaiyyətinin mövqeyinin nəzərə alınmasını müsbət dəyərləndirərək, bu qərarın ədalətli olduğunu qeyd edib. O, qəbul edilmiş qərarlar və əmanətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar məsələlərlə bağlı müştərilərin məlumatlandırılmasının zəruriliyini bank nümayəndələrinin nəzərinə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi