Elxan Quliyev: "İSB-nin kompensasiya ödənişi 2 dəfə artıb"

Elxan Quliyev: "İSB-nin kompensasiya ödənişi 2 dəfə artıb" Bu ilin ilk 9 ayında İcbari Sığorta Bürosu 501 min manat kompensasiya ödəyib
Maliyyə
21 Oktyabr , 2016 11:08
Elxan Quliyev: İSB-nin kompensasiya ödənişi 2 dəfə artıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində İcbari Sığorta Bürosu (İSB) 501 min manat kompensasiya ödəyib. “Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İSB-nin icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər bu rəqəmin 700 min manata çatacağı gözlənilir: “İSB-nin kompensasiya ödənişində təxminən 2 dəfə artım var. Ötən il bu rəqəm 377 min manat olub. Halbuki, fəaliyyətimizin ilk ilində 50 min manat ödəniş etmişdik”.

Son xəbərlər

Orphus sistemi