Elman Rüstəmov: "Məzənnə marjasında dəyişiklik gözlənilmir"

Elman Rüstəmov: "Məzənnə marjasında dəyişiklik gözlənilmir" "Hazırkı marja valyuta məzənnəsində müyyən çeviklik olmasına imkan verir"
Maliyyə
24 May , 2016 19:26
Elman Rüstəmov: Məzənnə marjasında dəyişiklik gözlənilmir

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) nağd valyuta əməliyyatları üzrə kommersiya bankları üçün müəyyənləşdirdiyi +/-4%-li marjada dəyişiklik gözlənilmir. 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib: "Marjada dəyişiklik gözlənilmir. Bu, kifayət qədər imkan verir ki, valyuta məzənnəsində müyyən çeviklik olsun. Bu da bazar çevikliyi deməkdir". 

Qeyd edək ki, cari ilin yanvar ayından Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edilib.

Banklar və onların struktur bölmələri tərəfindən xarici valyuta məzənnələrinin müəyyən olunması zamanı Mərkəzi Bank tərəfindən tətbiq edilmiş limitə (marja) riayət edilməsinə ciddi nəzarət edilməlidir.

Xatırladaq ki, AMB 2015-ci il dekabrın 21-də "üzən məzənnə"yə keçənə qədər alış-satış məzənnəsi +/- 2% olub. Daha sonra "üzən məzənnə" rejiminə keçidlə əlaqədar bu limit aradan qaldırılıb və banklar istədikləri məzənnə ilə alqı-satqı həyata keçirməyə başlayıb. Nəticədə bankların satışı ilə rəsmi məzənnə arasında fərq yanvarın 8-də maksimal həddə - 0,3 manat və ya 19%-ə qədər artması ilə AMB yenidən qərarı dəyişmək məcburiyyətində qalıb. 

Son xəbərlər

Orphus sistemi