Elman Rüstəmov: "Manatın zəifləməsi tədricən baş verəcək"

Elman Rüstəmov: "Manatın zəifləməsi tədricən baş verəcək" "Mərkəzi Bank əhalinin maraqlarını nəzərə alacaq"
Maliyyə
16 Fevral , 2015 13:45
Elman Rüstəmov: Manatın zəifləməsi tədricən baş verəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan apardığı maliyyə siyasəti çərçivəsində milli valyutanın dollara bağlılığından imtina etməyi planlaşdırır.  "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov "Financial Times"a müsahibəsində bildirib. Onun sözlərinə görə, dolların qiymətdən düşməsi enerji ixracından asılı olan iqtisadi vəziyyəti gərginləşdirir.

"Fiskal və monetar siyasətə kiçik dəyişikliklər etmək vacibdir", - E.Rüstəmov bildirib. 

Onun sözlərinə görə, Mərkəzi Bank tədricən inflyasiya rejiminə keçməklə mübadilə kursunun daha çevik formasına tətbiq olunma ehtimalını nəzərdən keçirir. 

Məqalədə qeyd olunub ki, dollara bağlılıqdan imtina edilməsi Azərbaycanın valyuta siyasətində başlıca tərəqqidir, bu da son zamanlar neftin qiymətinin 47% düşməsi şəraitində iqtisadi və siyasi sabitlik gətirən amillərdəndir. Həmçinin qeyd olunub ki, neft və qaz ölkə ixracının 95%-ni və dövlət gəlirlərinin 70%-ni  təşkil edir.

E.Rüstəmovun sözlərinə görə, 2015-ci il  mürəkkəb illərdən biridir, onun əsas və son nəticəsi iqtisadiyyatın diversifikasiyası, yeni iqtisadi inkişaf modelinə keçid və təbii ehtiyatlardan asılılığın azaldılması kimi müəyyən olunub. 

Bununla yanaşı, o vurğulayıb ki, manatın istənilən zəifləməsi tədricən baş verəcək: "Mərkəzi Bank əhalinin maraqlarını nəzərə alacaq".

Qəzetdə qeyd olunub ki, neftin qiymətinin ucuzlaşması digər milli valyutalar - Rusiya rublu, Qazaxıstan tengəsi və Gürcüstan larisinin kəskin şəkildə düşməsinə səbəb olmasına baxmayaraq, Azərbaycan manatı 2011-ci ilin ortalarından başlayaraq 0,78 manat səviyyəsində dollara bağlı olub.  

Azərbaycan Mərkəzi Bankı avronun çəkisinin 20-30% artırılması ilə bivalyuta (avro-dollar) səbəti üzrə təsbit edilmiş mübadilə kursundan imtina etməyi planlaşdırır.  Bu ötən ilin 1,4% səviyyədəki eyni göstəricilərlə müqayisədə 5-7% illik inflyasiyaya nəzarət etməyə imkan yaradacaq. 

Mərkəzi Bankın rəhbəri vurğulayıb ki, AMB milli valyuta kursunu dəstəkləmək üçün 2015-ci ilin əvvəlindən şəxsi ehtiyatlarından 1 mlrd. dollara yaxın vəsait xərcləyib. 

Məqalədə qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı dövlət investisiyalarından çox asılıdır və hökumət neftin 90 dollar/barel baza qiymətinə əsaslanan dövlət büdcəsini yenidən nəzərdən keçirmək niyyətindədir. 

AMB sədrinin sözlərinə görə, valyuta kursu siyasətində dəyişikliklərlə yanaşı Mərkəzi Bank milli iqtisadiyatın stimullaşdırılması ilə bağlı, o cümlədən dövlət ipoteka istiqrazlarının alınması, kiçik və orta biznesə kredit ayrılmasının dəstəklənməsi, eləcə də bank sektoruna bilavasitə yardım edilməsi məsələsi ilə bağlı bir sıra tədbirləninin üzərində işləyir. 

Son xəbərlər

Orphus sistemi