​Əli Məsimli: "Azərbaycan hökuməti devalvasiyadan uğurla yararlanmaq üçün ciddi addımlar atmalıdır"

​Əli Məsimli: "Azərbaycan hökuməti devalvasiyadan uğurla yararlanmaq üçün ciddi addımlar atmalıdır" Millət vəkili hesab edir ki, Dövlət Neft Fondunun 1-2 mlrd. dolları ixraca dəstək üçün istifadə edilməlidir
Maliyyə
17 Mart , 2015 14:33
​Əli Məsimli: Azərbaycan hökuməti devalvasiyadan uğurla yararlanmaq üçün ciddi addımlar atmalıdır

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan hökuməti milli valyutanın devalvasiyasından faydalanmaq üçün yaxın 8-10 ay ərzində ciddi addımlar atmalıdır. "Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Əli Məsimli parlamentin bugünkü plenar iclasında hökumətin 2014-cü il üzrə hesabatının müzakirəsində çıxışı zamanı bildirib.

Ə.Məsimli hökumətin devalvasiyadan sonra tədbirlər paketi hazırladığına ümid etdiyini deyib: "Devalvasiyadan uğurla yararlanmaq üçün hökumət 8-10 ay ərzində ciddi addımlar atmalı, ixrac imkanı olanlara əlverişli şərait yaratmalıdır. Hesab edirəm ki, Dövlət Neft Fondunun 1-2 mlrd. dolları ixrac potensialının inkişaf etdirilməsi, ixraca dəstək üçün istifadə edilməlidir". 

Deputatın sözlərinə görə, hazırda Azərbaycan bəzi məhsullar üzrə özünü 80-85% təmin edir: "Lakin taxıl üzrə bu göstərici 60%-dir və bu göstəricinin artılması istiqamətində işlər görülməlidir. Hesab edirəm ki, neftin qiyməti əhəmiyyətli dərəcədə qalxmayacaq. Devalvasiyanın təsirinin əhalinin müəyyən təbəqələrinə vurduğu zərbə, dollarla kredit alanların durumu hələ də həll olunmamış qalır. Ona görə də, hökumət ortaq məxrəcə gəlməli, tədbirlər planında bütün bunları nəzərə almalıdır".

Son xəbərlər

Orphus sistemi