​Ekspertlər Rusiyada böhranın yumşalacağını proqnozlaşdırır

​Ekspertlər Rusiyada böhranın yumşalacağını proqnozlaşdırır Bu ilin qarşıdakı aylarında isə iqtisadi geriləmə I rübə nisbətən daha kəskin olacaq
Maliyyə
19 May , 2015 17:18
​Ekspertlər Rusiyada böhranın yumşalacağını proqnozlaşdırır

Bakı. 19 may. REPORT.AZ/ "İnkişaf Mərkəzi" İnstitutunun keçirdiyi sorğuda iştirak edən peşəkar tədqiqatçılar Rusiyada 2015-ci ildə gözlənilən iqtisadi geriləmənin nisbətən mülayim olacağını proqnozlaşdırırlar.

"Report" xəbər verir ki, fevral ayında keçirilən əvvəlki sorğuda gözlənilən ÜDM azalması ortalama 4% təşkil edirdisə, maydakı sorğuda azalma ortalama 3,6%-ə qədər geriləyib. Gələn il isə sorğu iştirakçılarının çoxu mülayim iqtisadi artım gözləyir: 32 ekspertdən 7-si gələn il resessiyanın davam edəcəyini ehtimal edir.

Sorğuda "Alfa-bank", "The Boston Consulting Group", "Morgan Stanley" və s. böyük və nüfuzlu maliyyə təşkilatları iştirak edib. Buna baxmayaraq, ilin qalan hissəsində ÜDM azalması daha kəskin olacaq. Çünki I rübdə azalma cəmi 1,9% olub. Bu da qarşıdakı aylarda 4,2%-lik azalmanın olacağını göstərir və bu, ilk rübdəki azalmadan 2 dəfədən də çoxdur.

Qeyd edək ki, bununla yanaşı, "Bank of Amerika" Rusiya iqtisadiyyatındakı azalma ilə bağlı proqnozunu 4%-dən 2,8%-ə qədər yaxşılaşdırıb, 2016-cı il üçün proqnozu isə müsbət 0,9%-dən 1,1%-ə yüksəldib.

Digər böyük investisiya bankı olan "Morgan Stanley" də 2015-ci il üçün iqtisadi geriləmə ilə bağlı proqnozunu 5%-dən 4%-ə endirib.

"Sberbank"ın baş iqtisadçısı Yevgeniy Qavrilenkov isə bildirib ki, önəmli olan Rusiyanın bir neçə il öncə girdiyi iqtisadi yavaşlamadan qurtulmasıdır.

Qeyd edək ki, mayın 15-də Rusiya baş nazirinin müavini İqor Şuvalov ölkədə iqtisadi böhranın artıq bitdiyini bildirib. "Rosbank"ın İdarə Heyətinin sədri Dmitri Olyunin isə böhranın hələ bitmədiyini, sadəcə, maliyyə bazarında yüksək volatilliyin azaldığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi