Ekspert: "Kommersiya bankları istiqrazlara investisiyaları nəinki azaldıb, əksinə artırmaqdadır"

Ekspert: "Kommersiya bankları istiqrazlara investisiyaları nəinki azaldıb, əksinə artırmaqdadır" Azərbaycan bankları dövlət qiymətli kağızlarına investisiyaları bir qədər də artırıb
Maliyyə
15 İyul , 2016 14:43
Ekspert: Kommersiya bankları istiqrazlara investisiyaları nəinki azaldıb, əksinə artırmaqdadır

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan manatının dəyərdən düşməsi Maliyyə Nazirliyinin milli valytutada buraxdığı dövlət istiqrazlarına marağı azaltmayıb. Bunu "Report"a açıqlamasında kapital bazarı üzrə mütəxəssis, "Kapital Menecment İnvestisiya Şirkəti" ASC-nin analitiki Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, ölkənin kommersiya bankları istiqrazlara investisiyaları nəinki azaldıb, əksinə artırmaqdadır. Bu isə qiymətli kağızların gəlirliliyinin azalması ilə nəticələnib: "Əvvəllər Maliyyə Nazirliyi illik 17%-lə vəsait cəlb edirdi, hazırda gəlirlilik 6%-a düşüb. Bu da dövlət büdcəsi üçün yaxşı haldır. Büdcə aşağı faizlə borclanır. 2016-cı ilin dövlət büdcəsində 1,5 mlrd. manat məbləğində borclanma nəzərdə tutulub, bunun da 200 mln. manatı artıq təmin edilib".  

Son xəbərlər

Orphus sistemi