​Əksər Qərb indekslərində artım qeydə alınıb

​Əksər Qərb indekslərində artım qeydə alınıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1293-ə düşüb
Maliyyə
21 Aprel , 2016 08:22
​Əksər Qərb indekslərində artım qeydə alınıb

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 20-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,24% bahalaşaraq 18 096,27 bənd, "S&P 500" 0,08% artaraq 2 102,40 bənd, "Nasdaq" isə 0,16% irəliləyərək 4 948,13 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,08% bahalaşaraq 6 410,26 bənd, Fransa CAC-40-ı 0,56% artaraq 4 591,92 bənd, Almaniya DAX-ı isə 0,69% irəliləyərək 10 421,29 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% ucuzlaşıb və 1 249,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1293 (-0,57%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi