Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb

Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb Qızılın qiyməti cüzi düşüb, avronun məzənnəsi isə artıb
Maliyyə
23 Dekabr , 2015 09:50
Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Dekabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,796% bahalaşaraq 17 417,27 bənd, S&P 500 0,88% irəliləyərək 2 038,97 bənd, Nasdaq isə 0,65% artaraq 5 001,11 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,80% bahalaşaraq 6 083,10 bənd, Fransa CAC-40-ı 0,05% artaraq 4 567,60 bənd, Almaniya DAX-ı isə 0,09% geriləyərək 10 488,75 bənd olub.

Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 12,2 dollar yaxud 0,31% ucuzlaşaraq 1 074,53 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0938 (+0,17%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi