​Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb

​Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1184 (+0,81%) təşkil edib
Maliyyə
24 İyun , 2015 08:40
​Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb

Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 23-də Amerika fond bazarında "Dow Jones" indeksində 0,13% artım müşahidə olunub və 18 144,07 bənd təşkil edib. S&P 500 0,06% irəliləyərək 2 124,20 bənd, Nasdaq isə 0,12% yüksələrək 5 160,09 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,13% irəliləyərək 6 834,87 bənd, Fransa CAC-40-ı 1,18% artaraq 5 057,68 bənd, Almaniya DAX-ı isə 0,72% irəliləyərək 11 542,54 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 9,4 dollar yaxud 0,79% azalaraq 1 176,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1184 (+0,81%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi