​Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb

​Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1215-ə çatıb
Maliyyə
3 Sentyabr , 2015 09:24
​Əksər Qərb indekslərində yüksəlmə qeydə alınıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sentyabrın 2-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,59% artaraq 16 351,38 bənd, S&P 500 1,83% bahalaşaraq 1 948,86 bənd, Nasdaq isə 2,46% irəliləyərək 4 749,98 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,41% irəliləyərək 6 083,31 bənd, Fransa CAC-40-ı 0,30% artaraq 4 554,32 bənd, Almaniya DAX-ı isə 0,32% bahalaşaraq 10 048,05 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,50% azalaraq 1 132,60 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1215 (+0,59%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi