​Əksər Qərb indekslərində azalma müşahidə olunur

​Əksər Qərb indekslərində azalma müşahidə olunur Dünya bazarında qızıl bahalaşıb, avro isə ucuzlaşıb
Maliyyə
28 Oktyabr , 2015 09:20
​Əksər Qərb indekslərində azalma müşahidə olunur

Bakı. 28 oktyabr. REPORT.AZ/ Oktyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,24% ucuzlaşaraq 17 581,43 bənd, S&P 500 0,26% azalaraq 2 065,89 bənd, Nasdaq isə 0,09% irəliləyərək 5 030,15 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,81% ucuzlaşaraq 6 365,27 bənd, Fransa CAC-40-ı 1,02% ucuzlaşaraq 4 847,07 bənd, Almaniya DAX-ı isə 1,01% azalaraq 10 692,19 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% bahalaşaraq 1 167,70 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1035 (-0,243%) təşkil edib.

İngilis versiyası Most Western indexes reduced

Son xəbərlər

Orphus sistemi