Avronun məzənnəsi 1,1534 dollar həddini keçib

Avronun məzənnəsi 1,1534 dollar həddini keçib Əksər Qərb fond indeksləri yüksəlib
Maliyyə
3 May , 2016 08:10
Avronun məzənnəsi 1,1534 dollar həddini keçib

Bakı. 3 may. REPORT.AZ/ Mayın 2-də Amerika fond bazarında "Dow Jones" indeksi 0,66% bahalaşaraq 17 891,16 bənd, "S&P 500" indeksi 0,78% artaraq 2 081,43bənd, "Nasdaq" isə 0,88% irəliləyərək 4 817,59 bənd təşkil edib.

"Report" xəbər verir ki, may ayının ilk bazar ertəsi Birləşmiş Krallıqda “May günü” adlanan bank bayramı qeyd edildiyindən iş günü olmayıb. Bu səbəbdən də Avropa fond bazarlarında "FTSE 100" indeksində heç bir dəyişiklik qeydə alınmayaraq ötən həftənin sonunda olduğu kimi 6 241,89 bənd, Fransa "CAC-40"-ı 0,3% artaraq 4 442,75 bənd, Almaniya DAX-ı isə 0,84% irəliləyərək 10 123,27 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% artıb və 1 295,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1534 (+0,73%) təşkil edib.

İngilis versiyası Euro rate exceeds 1,1534 USD

Son xəbərlər

Orphus sistemi