​Əksər Qərb fond indekslərində yüksəlmə müşahidə edilib

​Əksər Qərb fond indekslərində yüksəlmə müşahidə edilib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0889 (+0,05%) təşkil edib
Maliyyə
28 Mart , 2015 09:29
​Əksər Qərb fond indekslərində yüksəlmə müşahidə edilib

Bakı. 28 mart. REPORT.AZ/ Martın 27-də Amerika fond bazarında Dow Jones indeksində 0,19% artım müşahidə olunub və 17 712,66 bənd təşkil edib. S&P 500 0,24% irəliləyərək 2 061,02 bənd, Nasdaq isə 0,24% yüksələrək 4 891,22 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,58% azalaraq 6 855,02 bənd, Almaniya DAX-ı 0,21% bahalaşaraq 11 868,33 bənd, Fransa CAC-40-ı isə 0,55% irəliləyərək 5 034,06 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,32% azalaraq 1 198,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0889 (+0,05%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi