Əksər fond indeskləri yüksəlib

Əksər fond indeskləri yüksəlib Qızıl bahalaşıb, avro isə ucuzlaşıb
Maliyyə
13 Fevral , 2016 09:25
Əksər fond indeskləri yüksəlib

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 12-də Amerika fond bazarında Dow Jones indeksi 2,00% bahalaşaraq 15 973,84 bənd, S&P 500 1,95% artaraq 1 864,78 bənd, Nasdaq isə 1,66% irəliləyərək 4 337,51 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,08% bahalaşaraq 5 707,60 bənd, Fransa CAC-40-ı 2,52% artaraq 3 995,06 bənd, Almaniya DAX-ı isə 2,45% irəliləyərək 8967,51 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 4,6 ABŞ dolları yaxud 0,37%, bahalaşaraq 1 239,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1256 (-0,59%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi