​Əksər Avropa fond indeksləri yüksəlib

​Əksər Avropa fond indeksləri yüksəlib Dünya bazarında avro və qızıl isə ucuzlaşıb
Maliyyə
4 Avqust , 2015 09:12
​Əksər Avropa fond indeksləri yüksəlib

Bakı. 4 avqust. REPORT.AZ/ Avqustun 3-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,52% azalaraq 17 598,20 bənd, S&P 500 0,28% ucuzlaşaraq 2 098,04 bənd, Nasdaq isə 0,25% geriləyərək 5 115,38 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,11% geriləyərək 6 688,62 bənd, Fransa CAC-40-ı 0,75% artaraq 5 120,52 bənd, Almaniya DAX-ı isə 1,19% bahalaşaraq 11 443,72 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,06% ucuzlaşaraq 1 083,50 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0945 (-0,36%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi