​Əcnəbiləri və vətəndaşlığı olmayanları işə götürənlər bir il üçün 1000 manat ödəyir

​Əcnəbiləri və vətəndaşlığı olmayanları işə götürənlər bir il üçün 1000 manat ödəyir Bu məbləğ işəgötürən tərəfindən ödənilir
Maliyyə
31 May , 2016 05:11
​Əcnəbiləri və vətəndaşlığı olmayanları işə götürənlər bir il üçün 1000 manat ödəyir

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə ödənilən haqq 3 ayadək müddət üçün 350 manatdır.

"Report" Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, bu məbləğ 6 ayadək 600, 1 ilədək isə 1000 manat həcmindədir.

Qeyd olunan məbləğ işəgötürən tərəfindən ödənilir.

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə isə 150 manat məbləğində vəsait ödənilir. 

Son xəbərlər

Orphus sistemi