​EBRD Azərbaycanda daha bir neçə bank və şirkətdə iştirak payı ala bilər

​EBRD Azərbaycanda daha bir neçə bank və şirkətdə iştirak payı ala bilər Nil Makkeyn: "Azərbaycanda konsolidasiya nəticəsində yarana biləcək bankın kapitalında iştirak etməyə hazırıq"
Maliyyə
8 May , 2015 17:03
​EBRD Azərbaycanda daha bir neçə bank və şirkətdə iştirak payı ala bilər

Bakı. 8 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda kommersiya banklarında konsolidasiya aparılacağı təqdirdə, bu prosesdə yeni yaranan bankın kapitalında da iştirak etməyə hazırdır.

"Report"un məlumatına görə, bunu EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn bildirib: "Hazırda Bank Azərbaycanda 3 bankda - "Access Bank", "Unibank" və "Dəmirbank"da iştirak payına malikdir. Həmçinin daha 6 banka kredit verib. Bu 9 bankın hər biri Mərkəzi Bankın sərt normalarına riayət edib. Həmin bankların gələcəkdə məzənnə dəyişikliyi ilə bağlı risklərdə öz dəstəyimizi göstərəcəyik. Devalvasiya digər ölkələrdə də baş verir. Banklar bu hallara hazır olmalıdır. Biz kapitallaşmaya, konsolidasiyaya dəstək veririk. Bu da Mərkəzi Bankın prioritetlərinə daxildir. Azərbaycanda banklarda konsolidasiya baş verdiyi təqdirdə yeni yaranan bankın kapitalında da iştirak etməyə hazırıq. Bu məsələyə Mərkəzi Bankın sədri Elman Rüstəmovla aparılan müzakirələrdə də toxunulub".

O bildirib ki, EBRD hazırda ölkədə 6 təşkilatın kapitalında iştirak edir: "Hazırda müzakirə olunan 4 layihə var və bunun dördü də şirkətdir. Hələ ki, dəqiq deyil, amma onların kapitalında da iştirak edə bilərik".

S.Çakrabarti əlavə edib ki, kiçik və orta sahibkarlar üçün manatla kreditlərə çıxış artırılmalıdır. Sahibkarlara elə faizlər təqdim olunmalıdır ki, onlar rəqabətli fəaliyyət həyata keçirə bilsinlər.

Son xəbərlər

Orphus sistemi