​Dünya Bankı: Bu il Azərbaycanda 4,5% iqtisadi artım olacaq

​Dünya Bankı: Bu il Azərbaycanda 4,5% iqtisadi artım olacaq 2015-ci ildə isə ölkə ÜDM-in artım tempinin 4,1% olacağı gözlənilir
Maliyyə
13 Oktyabr , 2014 18:02
​Dünya Bankı: Bu il Azərbaycanda 4,5% iqtisadi artım olacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dünya Bankı (DB) Ukraynadakı böhranla əlaqədar Avropa və Mərkəzi Asiyanın inkişaf etmiş ölkələri üzrə 2014-cü il üçün iqtisadi artım proqnozlarına yenidən baxıb. “Report”un məlumatına görə, bu barədə Bankın saytında dərc olunmuş məlumatda deyilir.

DB-nin yenilənmiş proqnozlarına görə, bank il ərzində Azərbaycanda 4,5% səviyyəsində iqtisadi artım olacağını güman edir. Bundan əvvəl dərc olunmuş proqnozda Bank milli iqtisadiyyatın 5,2%, 2015-ci ildə 4,1% artıacağını gözləyirdi. 

"Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələri artımın qeyri-müəyyən perspektivləri fonunda bir sıra ciddi problemlərlə üzləşir", - detə Bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Kaura Tak bildirib.

Bundan əlavə, DB-nın yenilənmiş proqnozlarına görə, Ermənistanda və Qazaxıstanda ÜDM-ın 4,3%, Moldovada 2%, Belarusda 1,5%, Rusiyada 0,5%, Türkiyədə 3,5% artacağı, Ukraynada isə 8% azalacağı gözlənilir.

K.Tak deyib ki, Ukraynada gərginlik ölkədəki artıma təsir edib və iqtisadi aktivliyin azalmasına gətirib çıxarıb. Lakin region ölkələri qarşısında duran struktur problemlərdən biri hələ Ukrayna probleminə qədər mövcud olub və əvvəlki kimi təcili həll tələb edir.

Avropa regionunun inkişaf etmiş iqtisadiyyatları arasında nisbətən daha çox, yəni 3,2% artım Macarıstanda gözlənilir. Polşada ÜDM-in artım proqnozu 3%, Litvada 2,9%, Rumıniyada 2,7%, Latviyada 2,5%, Slovakiyada 2,4%, Çexiyada 2%, Bolqarıstanda 1,4%, Estoniyada 1,3%, Sloveniyada 0,7%, Xorvatiyada 0,5% nəzərdə tutulub.

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına əsasən, 2014-cü ildə ölkə ÜDM-nin real artımının 5,2% olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi