​Dünya qızıl bazarında bahalaşma davam edir

​Dünya qızıl bazarında bahalaşma davam edir ABŞ və Avropa fond indeksləri fərqli dinamika nümayiş edib
Maliyyə
16 Yanvar , 2015 09:32
​Dünya qızıl bazarında bahalaşma davam edir

Bakı. 16 yanvar. REPORT.AZ/ Yanvarın 15-də Amerika fond bazarında Dow Jones indeksində 0,61% azalma müşahidə edilib və 17 320,71 bənd təşkil edib. S&P 500 0,92% azalaraq müvafiq olaraq 1 992,67 bəndə və Nasdaq isə 1,48% azalaraq 4 570,82 bəndə düşüb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 15-də FTSE 100 indeksi 1,73% artaraq 6 498,78 bəndədək, Almaniya DAX-ı 2,20% artaraq 10 032,61 bəndə, Fransa CAC-40-ı isə 2,37% artaraq 4 323,20 bəndə çatıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 2,33% bahalaşaraq 1 260,10 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1708 (-0,6%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi