​Dünya bazarında qızılın bahalaşması davam edir

​Dünya bazarında qızılın bahalaşması davam edir Avronun dollara qarşı məzənnəsi isə 1,1579-a düşüb
Maliyyə
21 Yanvar , 2015 09:37
​Dünya bazarında qızılın bahalaşması davam edir

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Amerika fond bazarında Dow Jones indeksində 0,02% yüksəlmə müşahidə edilib və 17 515,23 bənd təşkil edib. S&P 500 0,15% artaraq 2 022,55 bəndə, Nasdaq isə 0,44% artaraq 4 654,85 bəndə çatıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 20-də FTSE 100 indeksi 0,52% artaraq 6 620,10 bəndədək, Almaniya DAX-ı 0,14% artaraq 10 257,13 bəndədək, Fransa CAC-40-ı isə 1,16% artaraq 4 446,02 bəndədək artıb.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,39% bahalaşaraq 1 280,30 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1579 (-0,2%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi