​Dünya bazarında qızıl və avro ucuzlaşıb

​Dünya bazarında qızıl və avro ucuzlaşıb ABŞ və Avropanın fond indeksləri yüksəlib
Maliyyə
8 Oktyabr , 2015 09:26
​Dünya bazarında qızıl və avro ucuzlaşıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,73% bahalaşaraq 16 912,29 bənd, S&P 500 0,80% artaraq 1 995,83 bənd, Nasdaq isə 0,90% yüksələrək 4 791,15 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,16% bahalaşaraq 6 336,35 bənd, Fransa CAC-40-ı 0,14% artaraq 4 667,34 bənd, Almaniya DAX-ı isə 0,68% bahalaşaraq 9 970,40 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,38% ucuzlaşaraq 1 143,50 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1256 (-0,16%) təşkil edib.

İngilis versiyası Gold and Euro decreased

Son xəbərlər

Orphus sistemi