Dünya bazarında qızıl və avro bahalaşıb

Dünya bazarında qızıl və avro bahalaşıb Fond bazarında indekslər isə ucuzlaşıb
Maliyyə
16 Yanvar , 2016 09:23
Dünya bazarında qızıl və avro bahalaşıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Amerika fond bazarında yanvarın 15-də Dow Jones indeksi 2,39% ucuzlaşaraq 15 988,08 bənd, S&P 500 2,16% geriləyərək 1 880,33 bənd, Nasdaq isə 2,74% azalaraq 4 488,42 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,93% ucuzlaşaraq 5 804,10 bənd, Fransa CAC-40-ı 2,38% azalaraq 4 210,16 bənd, Almaniya DAX-ı isə 2,54% geriləyərək 9 545,27 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 10,50 dollar, yaxud 0,97% bahalaşaraq 1 088,88 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0915 (+0,46%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi