Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,51% bahalaşaraq 17 823,81 bənd, S&P 500 0,38% irəliləyərək 2 089,17 bənd, Nasdaq isə 0,62% bahalaşaraq 5 104,92 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,07% bahalaşaraq 6 334,63 bənd, Fransa CAC-40-ı 0,08% ucuzlaşaraq 4 910,97 bənd, Almaniya DAX-ı isə 0,31% irəliləyərək 11 119,83 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,17% azalaraq 1 076,30 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0646 (-0,82%) təşkil edib.