Qızılın bahalaşması davam edir

Qızılın bahalaşması davam edir Əksər fond indeksləri yüksəlib
Maliyyə
21 May , 2015 08:22
Qızılın bahalaşması davam edir

Bakı. 21 may. REPORT.AZ/ Mayın 20-də Amerika fond bazarında Dow Jones indeksində 0,15% azalma müşahidə olunub və 18 285,40 bənd təşkil edib. S&P 500 0,09% geriləyərək 2 125,85 bənd, Nasdaq isə 0,03% artaraq 5 071,74 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,17% irəliləyərək 7007,26 bənd, Almaniya DAX-ı 0,04% azalaraq 11 848,47 bənd, Fransa CAC-40-ı isə 0,31% yüksələrək 5 133,30 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,24% artaraq 1 211,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1124 (-0,17%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi