Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb Əsas Qərb indeksləri yüksəlib
Maliyyə
24 Dekabr , 2014 11:21
Dünya bazarında qızıl bahalaşıb
Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 23-də Amerika fond bazarında Dow Jones indeksində 0,36% artım müşahidə edilib və 18 024,17 bənd təşkil edib, S&P 500 0,17% - 2 082,17 bəndədək artıb, Nasdaq isə 0,33% - 4 765,42 bəndədək azalıb.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarında dekabrın 23-də FTSE 100 indeksi 0,33% - 6 598,18 bəndədək, Almaniya DAX-ı 0,57% - 9 922,17 bəndədək, Fransa CAC-40-ı isə 1,42% - 4 314,97 bəndədək yüksəlib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,16% bahalaşaraq 1 179,80 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2213 dollar (-0,4%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi