Dünya bazarında qızıl və avro ucuzlaşıb

Dünya bazarında qızıl və avro ucuzlaşıb Əksər fond indeksləri geriləyib
Maliyyə
6 İyun , 2015 10:36
Dünya bazarında qızıl və avro ucuzlaşıb

Bakı. 6 iyun. REPORT.AZ/ İyunun 5-də Amerika fond bazarında Dow Jones indeksində 0,44% azalma müşahidə olunub və 17 846,50 bənd təşkil edib. S&P 500 0,34% geriləyərək 2 091,95 bənd, Nasdaq isə 0,34% azalaraq 4481,30 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,36% geriləyərək 6 814,20 bənd, Fransa CAC-40-ı 1,15% azalaraq 4 915,30 bənd, Almaniya DAX-ı isə 1,44% geriləyərək 11 199,20 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,48% azalaraq 1 171,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1114 (-1,11%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi