​Dünya bazarında qızıl 9 dollar bahalaşıb

​Dünya bazarında qızıl 9 dollar bahalaşıb Avronun dollara qarşı məzənnəsi də artıb
Maliyyə
11 İyun , 2015 08:30
​Dünya bazarında qızıl 9 dollar bahalaşıb

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 10-da Amerika fond bazarında Dow Jones indeksində 1,33% artım müşahidə olunub və 18 000,40 bənd təşkil edib. S&P 500 1,20% irəliləyərək 2 105,20 bənd, Nasdaq isə 1,25% artaraq 5 076,69 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,13% irəliləyərək 6 830,27 bənd, Fransa CAC-40-ı 1,75% artaraq 4 934,91 bənd, Almaniya DAX-ı isə 2,40% yüksələrək 11 265,39 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,77% və ya 9 dollar artaraq 1 185,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1285 (+0,17%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi