Dünya bazarında əksər Qərb indeksləri azalıb

Dünya bazarında əksər Qərb indeksləri azalıb Avro da dollara qarşı ucuzlaşıb
Maliyyə
12 May , 2015 09:02
Dünya bazarında əksər Qərb indeksləri azalıb

Bakı. 12 may. REPORT.AZ/ Mayın 11-də Amerika fond bazarında Dow Jones indeksində 0,47% azalma müşahidə olunub və 18 105,11 bənd təşkil edib. S&P 500 0,51% geriləyərək 2 105,33 bənd, Nasdaq isə 0,20% azalaraq 4 993,57 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,24% geriləyərək 7 029,85 bənd, Almaniya DAX-ı 0,31% azalaraq 11 673,51 bənd, Fransa CAC-40-ı isə 1,23% geriləyərək 5 027,87 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,32% azalaraq 1 183,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1156 (-0,38%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi